SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Vətəndaşlıq haqqında qanun dəyişdirildi

Vətəndaşlıq haqqında qanun dəyişdirildi

Tarix:

1-02-2018, 14:13

/ 1 788 dəfə oxundu.
Vətəndaşlıq haqqında qanun dəyişdirildi

Parlamentin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavə müzakirəyə çıxarılıb.

Məlumata görə, layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Onun sözlərinə görə, qanunun 14-cü (Azərbaycan Respublikasının vətəndaşlığına qəbul) maddəsinə təklif olunan bənddə bildirilir ki, “2006-cı il yanvarın 1-ə qədər Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir”.

Ümumiyyətlə, layihədə o da bildirilir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna bu əlavənin təklif edilməsi 2006-cı il yanvarın 1-ə qədər Azərbaycan Respublikasına gələn və burada daimi yaşayan, keçmiş SSRİ pasportlarına malik olan şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunması imkanı yaratmaq məqsədi daşıyır.

Layihə sonra səsə qoyularaq qəbul edilib.

Şərhlər

XƏBƏR LENTİ