SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “İrşad electronics”in yeni fırıldağı, yoxsa…?

“İrşad electronics”in yeni fırıldağı, yoxsa…?

Tarix:

1-02-2018, 10:13

/ 2 844 dəfə oxundu.
“İrşad electronics”in yeni fırıldağı, yoxsa…?

Bu günlərdə “İrşad electronics”in müştəriləri aldatdığı məlum olub. Şirkət rəsmi saytında kreditin ilkin ödənişsiz verildiyini qeyd edib.

Ancaq “İphone 7” markalı telefonu almaq üçün mağazanın Qara Qarayev filialına yaxınlaşan müştəriyə “Biz onu müştəri cəlb etmək üçün elə qeyd edirik, siz qiymətin azı 40 faizi ilkin ödəniş etməlisiniz” deyiblər.

Minval.info-nun əməkdaşı məsələ ilə bağlı “İrşad electronics”lə əlaqə saxlayıb.

Şirkətin rəsmisi hər müştəriyə fərdi yanaşıldığını qeyd edib: “Biz saytda ilkin şərtləri qeyd etmişik, amma daha sonra da məlumat verilir ki, sifarişin təhlili zamanı şirkətin daxili təlimatına əsasən, mütəxəssislər əlavə ilkin ödəniş məbləği tələb edə bilərlər. Bütün məlumatları saytda xırdalaya bilmərik, müştərilər müraciət etdikdən sonra bütün şərtlərimizlə tanış ola bilərlər”

Şərhlər

XƏBƏR LENTİ