Nazir işğaldan azad olunmuş ərazidə qəbul keçirəcək
- 30-01-2018, 18:56
- 1 755
xalqxeber.az xəbər verir ki, ədliyyə naziri Fikrət Məmmədov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Cəbrayıl, Füzuli və Beyləqan rayonlarının sakinlərini qəbul edəcək.
Qəbul fevralın 23-də olacaq.
Qeyd edək ki, 2 aprel 2016-cı ildə Cocuq Mərcanlı kəndində yerləşən Lələtəpə yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.