Həbs edilən “Əməkdar müəllim” pulları qaytarmaq üçün vaxt istədi
- 29-01-2018, 13:12
- 1 277
Hakim Faiq Qəniyevin icraatında olan prosesdə N.Ağayeva pulu ödəmək üçün vaxt istəyib: “Mən pulu alıb başqa bir adama vermişəm. Onunla danışdım, pulları qaytaracağını dedi. Siz də mənə vaxt verin. O məni hədələyir ki, adını çəkməyim. Ona görə də deyə bilmirəm”.
İttihama görə, N.Ağayeva 5 nəfərdən pul alaraq övladlarını ali məktəbə qəbul etdirəcəyini deyib. Lakin vədinə əməl edə bilmədib və pulu da geri qaytarmayıb.
Filologiya elmləri namizədi olan N.Ağayeva 2000-ci il martın 18-də "Əməkdar müəllim" adına layiq görülüb. İşdən çıxdıqdan bir müddət sonra həbs edilib.