XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » 6 aydır ki, oğurlanmış barelyefi bərpa edən yoxdur - GİLEY

6 aydır ki, oğurlanmış barelyefi bərpa edən yoxdur - GİLEY

6 aydır ki, oğurlanmış barelyefi bərpa edən yoxdur - GİLEY
24-01-2018, 16:21

Bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğal altında olan ərazilərimizə Böyük qayıdışın başlanğıcı hesab olunur. Bəs bu Böyük qayıdış yolunda canını qurban verən şəhidimizə qarşı niyə hörmətsizlik edilir?
Yasamal rayonundakı 150 nömrəli tam orta məktəbə 1994-cü ildə Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlıda şəhid olmuş Rzayev Faiq Hüseynağa oğlunun adı verilib və məktəbin qarşısında şəhidə büst də qoyulub. Bu büst məktəbin şagirdləri, həmçinin yetişən gənc nəsil üçün əsl hərbiu vətənpərvərlik nümunəsidir. Şəhidin büstü hər bir şagirdi Vətənin müdafiəsi uğrunda Faiq kimi mərdliklə vuruşmağa səsləyir. Təəssüf edir ki, bəzi məmurların laqeyd münasibəti, şəhidə qarşı hörmətsizliyi, bu igidliyi layiqincə qiymətləndirməməsi yetişən gənc nəsildə ruh düşkünlüyü yaradır.
7 aydan artıq idi ki, Bakıda cirkin bir əməllə-tanınmış ictimai-siyasi xadimlərin və şəhidlərin barelyefini oğurlayıb metal qəbulu məntəqələrinə satan quldur dəstə var idi. Azərbaycanlı adına ləkə olan belə yaramazlar növbəti çirkin əməllərini şəhid Faiq Rzayevin 150 nömrıli məktəbin qarşısındakı büstündəki barelyefə qarşı etdilər və murdar ələrini bu barelyefə də uzatdılar. Xəyanətkar və satqın quldur dəstə çirkin əməllərini sona qədər davam etdirə bilmədi və Yasamal Rayon Polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verildi.
Cinayətkarlar öz cəzalarını aldılar, bəş Vətənin müdafiəsi uğrunda canını qurban vermiş şəhidin barelyefini kim bərpa edəcək? Görəsən niyə 7 aydır ki, bu işlə marağlanmırlar? Hazırda Cocuq Mərcanlı kəndini dünya tanıyır. Beynəlxalq təşkilatların, diplomatik nümayəndələrin əməkdaşları tez-tez Cocuq Mərcanlıya gedir, buradakı abadlıq işləri ilə tanış olur, yeni tikilmiş mənzillərdə məskunlaşmış sakinlərlə görüşür, tədbirlər keçirirlər. Axı, bu qayıdışın, əmin-amanlığın yaradılmasında şəhid Faiq Rzayev canını qurban verib. Birdən Cocuq Mərcanlıya gedən beynəlxalq təşkilatların nümayəndələri bu kəndin ilk şəhidi Faiq Rzayevin büstü ğnünə əklil qoymaq istədilər. O zaman bu biabırçılığın, rüsvayçılığın – barelyefin oğurlanmasının şahidi olmayacaqlarmı? Soruşmazlarmı ki, sizin şəhidlərə hörmətiniz budur?
Ölkəmizdə şəhidlərə, müharibə veteranlarına,əlillərə dövlət səviyyəsində diqqət və qayğı göstərilməsi yüksək qiymətləndirilir. Bəs görəsən şəhidə qarşə belə hörmətsiz, saymamazlıq edən dövlət məmuru kimdir? Şəhid Faiq Rzayevin barelyefini kim bərpa etməlidir? Nə vaxta qədər bu hörmtsizlik şəhidin ailəsinə göz dağı olacaq?

DİA.AZ
6 aydır ki, oğurlanmış barelyefi bərpa edən yoxdur - GİLEY
6 aydır ki, oğurlanmış barelyefi bərpa edən yoxdur - GİLEY
6 aydır ki, oğurlanmış barelyefi bərpa edən yoxdur - GİLEY

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.