Sonuncu dəfə sovetlərdə asfalt görən Zabrat qəsəbəsi - VİDEO
- 19-01-2018, 15:11
- 2 426
Sakinlər bildirir ki, qəsəbənin kanalizasiya sistemi düzəlməlidir ki, asfalt çəkilsin. Amma bu problemi də həll edən yoxdur.
Zabrat bələdiyyəsinin sədr müavini Vahid Kərimov bildirir ki, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində Zabratda müəyyən yollar asfaltlanıb. Qalan yolları bərpa etməyə daxili vəsaitləri bəs eləmir.
Sabunçu Rayon İcra Hakimiyyətindən məlumat almaq mümkün olmayıb.
Sakinlər də müraciət etdikləri dövlət qurumlarından müsbət cavab ala bilmirlər.