"Azəriqaz" həm də belə ziyan vururmuş...

Sosial

Bakıda elektrik transformatorları yüklənməyə dözməyərək sıradan çıxıb.

Bu barədə iqtisadçı ekspert Rövşən Ağayev məlumat verib.

Onun sözlərinə görə, SOCAR-ın "Azəriqaz" istehsalat birliyi bu gün Bakı və Abşeronda 10 minlərlə insanın yaşadığı ərazilərdə 10 saata yaxın təbii qazın verilməsini dayandırıb: "İnsanlar əlacsız qalıb bütün gücülə elektrik qızdırıcalırını işə salıblar və nəticədə elektrik transformatorları dözməyib sıradan çıxıb".
R.Ağayev qeyd edib ki, onun yaşadığı Xırdalan şəhəri ərazisində 2 transformator sıradan çıxıb. Ekspert "Azəriqaz" İB-nin çağrı xidmətindən (199) öyrənib ki, onlardan biri yalnız sabah bərpa olunacaq, o birisi isə hələ dəqiq bilinmir: "Nə qədər ki, ölkədə qaz, su və elektrik paylaşdırıcı şəbəkələr büdcə pullarının üstəndə oturan, müştəri qarşısında heç bir məsuliyyət daşımayan dövlət şirkətlərinin idarəçıliyində olacaq, kommunal böhran əbədi problem olaraq qalacaq..."