"Digitürk"dən Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik
- 12-01-2018, 17:08
- 1 769
Şirkətin saytında dilerlərin fəaliyyət göstərdiyi xarici ölkələr arasında Dağlıq Qarabağ da göstərilir.
“Yeni IP qutumuzu nağd ödəmə ilə satın almaq üçün aşağıdakı dilerlərimizlə əlaqə yarada bilərsiniz”, - deyə saytda qeyd edilir.
Məsələ ilə bağlı “Digitürk”ün Azərbaycandakı filialı ilə əlaqə saxladıq. Filialdan BAKU.WS-ə “Digitürk”ün Dağlıq Qarabağda dilerinin fəaliyyət göstərməsindən xəbərləri olmadığını bildirdilər.
Eyni zamanda qeyd edildi ki, məsələ ilə bağlı “Digitürk”ün baş ofisinə müraciət ediləcək.