SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “175”in daşıyıcısı dəyişdirildi - “BakuBus” oldu

“175”in daşıyıcısı dəyişdirildi - “BakuBus” oldu

Tarix:

8-01-2018, 15:30

/ 1 839 dəfə oxundu.
“175”in daşıyıcısı dəyişdirildi - “BakuBus” oldu

175 nömrəli müntəzəm marşrut xəttinin daşıyıcısı dəyişdirilib. Bakı Nəqliyyat Agentliyinin saytına istinadən xəbər veririk ki, yanvar ayının 13-dən etibarən “BakuBus” MMC-yə məxsus sərnişindaşıma ilə bağlı mövcud tələblərə tam cavab verən avtobuslar xidmət göstərəcək.

Dəyişiklik edilməsinə səbəb 175 nömrəli marşrut üzrə daşıyıcının işində ciddi nöqsanlara yol verməsidir. Belə ki, 06.01.2018 tarixində çox sayda insanın xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi də məhz daşıyıcının fəaliyyətində yol verdiyi ciddi nöqsanlardan qaynaqlanıb. Sərnişinlərin təhlükəsizliyinə hər zaman önəm verən Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırda marşrut xətti üzrə faəliyyət göstərən daşıyıcı ilə müvəqqəti istismara dair müqaviləyə xitam verilib.

Qeyd edək ki, 175 nömrəli marşrut xəttinin hərəkət sxemində də dəyişiklik edilib. 13.01.2018 tarixindən bu xətt üzrə avtobuslar Hövsan qəsəbəsinin mərkəzindən “28 May” metrostansiyasınadək hərəkət edəcək.

Şərhlər

XƏBƏR LENTİ