Sumqayıt Dövlət Universitetində imtahan “tələ”si- Ya 60 manat ver..ya da..

Sosial

Sumqayıt Dövlət Universitetində hazırda qış imtahanları keçirilir. Ingilis dili fakültəsinin ikinci kurs tələbələri bildirirlər ki, imtahanın hər biri üçün onlardan 60 manat tələb edilir.
Bu haqda Obyektiv.info-ya məlumat verən, adının çəkilməsini istəməyən tələbə deyir ki, onlar öz bilikləri hesabına imtahandan uğurla keçsələr də 25 tələbənin hər birindən yenə 60 manat tələb olunur.
O həmçinin əlavə etdi ki, eyni proses diğər fakültələrdə də gedir. İmtahandan kəsilən tələbələr apelyasiya şikayəti verəcəklərini bildirirlər.

P.S. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.