Cəbhəboyu ərzilərdə yeni hərbi obyektlər tikilir

Sosial

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-inşaat işləri davam etdirilir.
Müdafiə Nazirliyindən (MN) verilən məlumata görə, nazirliyin rəhbərliyi cəbhəboyu zonada tikilməkdə olan bir sıra hərbi obyektlərdə olub.
Tikintilər aparılan ərazilərə baxış keçirən müdafiə naziri general-polkovnik Zakir Həsənov inşaat işlərinin gedişatını yoxlayıb və müvafiq tapşırıqlar verib.