Rəhim Qazıyevə həbs cəzası verildi

Sosial

Keçmiş müdafiə naziri Rəhim Qazıyevə 10 sutka həbs verilib.

Dekabrın 25-i axşam saatlarından Nərimanov RPİ 17-ci Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılan R.Qazıyevə 10 sutka inzibati həbs cəzası verilib.

O, hazırda Binqədəri Rayon Müvəqqəti Saxlanma Yerində saxlanılır.