Nazir prezidentin tapşırığı ilə ön cəbhəyə getdi
- 26-12-2017, 12:14
- 1 436
Əməliyyat şəraiti barədə məruzə edildikdən sonra Müdafiə naziri səngərlərdə hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, sosial-məişət şəraiti ilə maraqlanıb.
Daha sonra nazir ön xətdə xidmət edən hərbçilər üçün yeni inşa edilən əsgər yataqxanasının açılışında iştirak edib və burada yaradılan şəraitlə tanış olub.
Qarşıdan gələn bayramlar münasibətilə Ali Baş Komandanın təbriklərini şəxsi heyətə çatdıran Müdafiə naziri, dövlət başçısı adından xidmətdə fərqlənənlərə mükafatlar və bayram hədiyyələri təqdim edib.