“Odlar Yurdu” MTK Vergilər Nazirliyinin departamentini məhkəməyə verib

Sosial

“Odlar Yurdu” MTK Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MTK qərarın ləğv edilməsi barədə tələb irəli sürüb.

Məhkəmə iddianı təmin edib.

Qərardan narazı qalan Vergilər Nazirliyi apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.