Ziya Məmmədov körpüyə də yamaq vururmuş... - FOTOFAKT
- 23-12-2017, 11:27
- 3 822
Bəli, gördüyünüz bu dirəklər körpünün yatmaq təhlükəsi olan hissələrinə qoyulub.
Fikirləşəndə ki, bu körpünün tikintisinə Prezidentin Ehtiyat Fondundan, Dövlət Büdcəsindən külli miqdarda pul ayrılıb, adamın tükləri biz-biz olur. Özü də bu körpü Prezident İlham Əliyevin mənzil qərərgahının düz yanıdıdr... İndi görün, əgər Prezidentın nəzər diqqətinin lap yaxınlığında körpü bu vəziyyətdədirsə, onda başqaları görən nə gündədir? Üstəlik, bu körpüdən Prezidentin xidməti avtomobili də keçir. Allah eləməmiş, qəflətən bir hadisə baş verərsə, bu artıq təxribat məqsədli deyilmi? Və görəsən Prezidentin mühafizəsi ilə məşğul olan dövlət qurumları bu haldan xəbərdardırmı???
Üstəlik, Azərbaycanda "körpü polisi" deyilən bir xidmət də var. Bəs bu polis əməkdaşları nəyə nəzarət edirlər???
***
Gördüyünüz bu körpüləri tikdirən və məsuliyyət daşıyan isə keçmiş nəqliyyat naziri Ziya Məmmədovdur. Bu biabırçı mənzərə ilə bağlı onun da mövqeyini dərc etməyə hazırıq.
tezadlar.az