Azərbaycanlı biznesmen beynəlxalq axtarışa verildi – FOTO

Sosial

Rusiyanın hüquq-mühafizə orqanları azərbaycanlı iş adamını beynəlxalq axtarışa verib.

xalqxeber.az İnterpolun saytına istinadən xəbər verir ki, 6 oktyabr 1955-ci il tarixində Cəbrayıl rayonunda anadan olmuş Ənvər Rüstəmov biznes maraqları üçün rüşvət verməyə cəhddə ittiham edilir.

O, Rusiyanı tərk etdiyi üçün məhkəmə Ə.Rüstəmovun tutularaq istintaqa verilməsi üçün dövlətlərarası axtarış elan edib.