Bu gün Azərbaycana qış gəlir
- 21-12-2017, 11:32
- 1 396
Məlumata görə, bu gün Yer Qış Günəş duruşu nöqtəsindən keçəcək. Bundan sonra Yerin şimal yarımkürəsində şimal hissəyə xarakterik olan qış fəsli başlayacaq.
AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikaylov bildirib ki, bundan sonra artıq günlər uzanmağa başlayacaq: "Yer Qış Günəş duruşundan keçdikdən sonra günlər uzanacaq, gecələr qısalacaq. Dekabrın 21-i isə ilin ən qısa gündüzü və ən uzun gecəsi olacaq”.