Jurnalist Əvəz Zeynallı polis tərəfindən saxlanılıb
- 19-12-2017, 17:20
- 1 933
Bu barədə Strateq.az-a jurnalistin həyat yoldaşı Məlahət Zeynallı məlumat verib.
Məktəbdən uşaqlarını götürüb evə qayıdan Ə.Zeynallı yolda tıxaca düşüb. O, bu zaman hərəkətin düzgün tənzimlənməməsi ilə bağlı polisə irad bildirib. Bundan sonra jurnalist Binəqədi rayon Polis İdarəsinin 4-cü bölməsinə gətirilib. Hazırda orada saxlanılır. Araşdırma aparılır.