Əhəd Əliyevə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM

Sosial

Prezident İlham Əliyev Əhəd Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Məlumata görə, sərəncamda qeyd edilir ki, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Əhəd Əliağa oğlu Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.