Neftçilər xəstəxanası borc içində?
- 14-12-2017, 15:48
- 1 471
Böyük gəlirlə işləyən xəstəxananın tibb bacıları doğrudanmı 116 manat əmək haqqı alır. Və hətta xəstəxana bu məbləği belə ödəmək iqtidarında deyil?
Axı burada ürək-damar cərrahiyyəsi sahəsində respublikanın bir nömrəli cərrahı çalışır. Digər sahələrdə də kifayət qədər tanınmış kadrlar fəaliyyət göstərir. Cərrahi əməliyyatlar və müalicə xərcləri burada çox yüksəkdir. İnsanlar buna baxmayaraq yüksək tibbi xidmət ocağına üz tuturlar. Belə bir tibb ocağında 2 milyon manat pensiya fonduna, dərman və tibbi avadanlıqlara borcu olması adama təəccüblü gəlir. Halbuki, bu rəqəm xəstəxana üçün çox cüzi məbləğdir. Üstəlik işçilərin öz hesabına məzuniyyətə göndərilməsi barədə deyilənlər də heç cür başa düşülən deyil. İşçilər baş direktorun aptekdə öz adamını qoyduğunu, dərmanların satdırıldığını demələri MRT, UZİ, KT müayinələrinin gəlirlərinin baş direktorun cibinə axması barədə səhiyyə nazirliyinə də məlumat vermələri də hələ ki, nəticəsiz qalıb. Narazı personal bildirir ki, Leyla xanım onlara “hara üz tutsalar da heç bir nəticə verməyəcəyinə” qəti əminliklə bildirib. Üstəlik vəzifədə olan qardaşının onun arxasında olmasına eyhamla işarə vurub. Bəlkə də baş direktor dövlət başçısının məmur övladları və sair vəzifəli şəxslərin qanunsuz əməlləri barədə dediklərinin məmur qohumları, doğmalarına aidiyyatı olmadığı qənaətindədir?
Mərkəzi Neftçilər xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyevin olması da kollektiv də çoxları üçün ürəkaçan hal deyil. Burada ürək açmayan hallar deyəsən sadalamaqla qurtarası deyil. Bu yerdə yazıya nöqtə qoyuruq.
Məlumatı yayan 10may.az saytı bildirir ki, qarşı tərəfin məsələyə münasibətini öyrənmək üçün Leyla xanımla əlaqə yaratmaq cəhdi alınmayıb.
Qarşı tərəfin də fikrini dərc etməyə hazırıq.