Hava ilə bağlı – XƏBƏRDARLIQ
- 12-12-2017, 13:24
- 1 385
ETSN-dən verilən məlumata görə, havanın temperaturu gecə 5-8° isti, gündüz 10-13° isti, Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək - 770 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 70-80 % olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 13-15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14 isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti təşkil edəcək.