62 yaşlı “Əməkdar müəllim” həbs edildi
- 7-12-2017, 14:18
- 1 939
Hakim Faiq Qəniyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses dekabrın 14-də davam etdiriləcək.
İttihama görə, N.Ağayeva 5 nəfərdən pul alaraq övladlarını ali məktəbə qəbul etdirəcəyini deyib. Lakin vədinə əməl edə bilmədib və pulu da geri qaytarmayıb.
Filologiya elmləri namizədi olan N.Ağayeva 2000-ci il martın 18-də "Əməkdar müəllim" adına layiq görülüb. İşdən çıxdıqdan bir müddət sonra həbs edilib.