Ərinə görə DİN-i məhkəməyə verdi
- 2-12-2017, 15:01
- 1 693
Vətəndaş Güldəstə Bayramova DİN-ə qarşı iddia qaldırıb.
O bildirib ki, polis olan əri 2013-cü il yanvarın 18-də işlədiyi idarədə fiziki və peşə hazırlığı zamanı vəfat edib.
G.Bayramova ərinin işdə ölməsinə əsaslanaraq DİN-dən onun 5 illik əmək haqqısı məbləğində kompensasiya tələb edib. Prosesə Dövlət Sığorta Kommersiya Şirkəti də üçüncü şəxs kimi cəlb edilib.
Lakin 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi qadının iddiasını qeyri-mümkün sayıb. Qərardan apellyasiya şikayəti verilib. Proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Sərvət Hüseynovun sədrliyi ilə dekabrın 6-da davam etdiriləcək.