Daha bir istintaq təcridxanasının rəisi dəyişdirildi
- 30-11-2017, 11:44
- 2 734
17 saylı cəzaçəkmə müəssisəsinin rəisi Cəlil Əliyev vəzifəsindən azad olunaraq 3 saylı İstintaq Təcridxanasına rəis təyin edilib.
C.Əliyev keçmiş Bayıl Təcridxanasının rəisi Misir Əliyevin oğludur.
Xatırladaq ki, 3 saylı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov vəzifəsindən azad olunaraq Bakı İstintaq Təcridxanasının rəisi təyin edilib.