Bu rayonda su kəsiləcək

Sosial

Bakı şəhəri Nizami rayonunda su ilə bağlı fasilələr olacaq.

“Azərsu”dan daxil olan məlumata görə, ərazidə inşa edilmiş kəmərin mövcud su təchizatı sistemlərinə qoşulması ilə əlaqədar noyabrın 30-da gün ərzində Bakı şəhəri Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.