Azərbaycanda heyvanları incidənlərə qarşı sərt cəzalar tətbiq olunacaq
- 28-11-2017, 14:34
- 1 442
Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Eldar İbrahimov deyib.
O qeyd edib ki, bununla bağlı həm İnzibati Xətalar Məcəlləsinə, həm də Cinayət Məcəlləsinə müvafiq əlavələr nəzərdə tutulub: "Biz bunu hazırlayacağıq. Çünki ölkədə istər vəhşi, istərsə də ev heyvanlarına qarşı çox vəhşi münasibət yaranıb. Bu isə yolverilməzdir. Heyvanlara xüsusi diqqət lazımdır”.