Təhsil Nazirliyi buralara nəzər yetirsə, yaxşıdır... - İDDİA
- 28-11-2017, 12:53
- 1 126
Mətbuatda gedən yazılardan sonra yeni faktlar aşkarlanır. Onlardan biri də müəllimlərə saxta sertifikatların verilməsi faktıdır. Rusiyanın Moskva şəhərində yerləşən " Университет Информационных Технологий”–nin 72 saatlq kompüter kursunu bitirmək haqqında rektor А.B.Şkred-in adından saxta sənəd tərtib edərək müəllimlərə 100 manatdan satıb. Sertifikat almış müəllimlərin nəinki hansısa ölkəyə getməsi, hec Şamaxı rayonundan kənara çıxması halı olmayıb. Özünün vəzifə səlahiyyətini aşması azmış kimi indi də ayrı-ayrı vəzifəli şəxslərin adından istifadə etməsi halı aşkarlanır. Bu məsələ ilə bağlı yəqin ki, hüquq-mühafizə orqanları məşğul olacaq.
Digər fakt isə dərslərin qeyri-ixtisasdan olan müəllimlər arasında bölüşdürülməsidir. Ədəbiyyat və Azərbaycan dili müəllimi ola-ola həmin dərsləri başqa ixtisasdan olan müəllim tədris edir. Vakansiyadan gizlədilmiş yerlər qeyri-ixtisas müəllimləri arasında bölüşdürüb.
Diaqnostik qiymətləndirmədən az bal yığmış bacısını və anasını 30-35 saat dərslə təmin edib. Digər yüksək bal toplamış müəllimlərə isə hərəsinə 10-18 saat dərs verməklə ciddi gərginlik yaradıb. Fakultətiv məşğələləri özünə yaxın adamlara yazmaqla pulları mənimsəyir. İbtidai sinif müəlliminə musiqi, riyaziyyat, informatika dərsləri verib. Məktəbdə keçirdiyi hər tədbirə görə pul xərclədiyini deyir və hər müəllimdən 20 manat pul yığır. Narazılıq eləsələr, onları işdən qovacağı ilə hədələyir. Addımlarını yuxarılarla razılaşdırıb atdığını deyir. Respublika və rayon səviyyəli məmurların adlarını çəkir (həmin adlar redaksiyaya məlum olsa da adları çəkmirik).
Müəllimlər və şagirdlər arasında hər sinifdən 2-3 nəfər olmaqla özünün agentura şəbəkəsinin olmasını və hər şeyi nəzarət altında saxlamağı bacardığını, xüsusilə hamının nəzərinə çatdırır. Keçirilən hər iclasda tədrisdən çox dedi-qoduya yer ayırır, bu işdə anası və bacısının "fəallığı”ndan məharətlə yararlanır.
Müəllimlərdən hər ay işıq və istiliyə görə 20-30 manat pul yığır. Hesablama Palatasının yoxlamasından sonra yaranmış beş min manat cərimənin hər müəllimdən 100 manat yığmaqla ödətdirib.(yenizaman.az)
P.S Mətbuatda barəsində səslənən bu qədər ittihama cavab verməkdən yayınan direktorun yəqin ki, deyilənləri təkzib edən arqumenti yoxdur.