Bakıda “Range Rover”in altında qalıb ölən şəxs kimdir?

Sosial

İki gün əvvəl Bakıda baş vermiş ağır yol qəzası nəticəsində ölən şəxsin kimliyi müəyyənləşib.

Noyabrın 25-də, saat 4:00 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Dinar Fardilonun idarə etdiyi “Range Rover” markalı avtomobillə vurub öldürdüyü şəxsin 1964-cü il təvəllüdlü Mehdiyev Oqtay Əsgərxan oğlu olduğu məlum olub.

Qeyd edək ki, yolu keçərkən “Range Rover”in altında qalan piyada hadisə yerində ölmüşdü.

Faktla bağlı Nərimanov RPİ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.