"Bank of Baku" gənc yazıçının maaşına şərik çıxdı - özünün xəbəri olmadan məhkəmə keçirilib
- 23-11-2017, 11:59
- 1 470
BakuPost.az xəbər verir ki, bu barədə yazıçı özü məlumat bildirib. Onun sözlərinə görə, özünün xəbəri olmadan olmadan məhkəmə keçirilib və haqqında qərar çıxarılıb: "Bank of Baku məni məhkəməyə verib. 380 dollar borcum devalvasiyalar və faizlər nəticəsində 1500 manat olub. Mən məhkəmədə olmamışam. Mənsiz qərar çıxarıblar. Hər ay rəsmi maaşımın 50 faizi tutulacaq”.