Ayı ovlayanlar SAXLANILDI - Azərbaycanda
- 22-11-2017, 16:26
- 1 694
Baxış zamanı kisələrin içində adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşmüş qonur ayının kəsilmiş başı, dərisi, hissələrə bölünmüş əti və ov alətləri aşkar edilib.
Toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə yerli hüquq-mühafizə orqanlarına göndərilib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ayını qanunsuz ovlamış şəxslər müəyyən ediliblər.
Şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilən Qonaqkənd kənd sakinləri Fariz Rəhmanovun, Aydın Nəsirovun və Pirməmməd Nemətovun ovu birgə etdikləri məlum olub.
Onlardan ov zamanı istifadə etdikləri “İJ” markalı ov tüfəngi və 6 ədəd patron götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.