“Vətəndaş problem içindədir...” - Siyavuş Novruzov
- 21-11-2017, 16:39
- 1 884
Bunu deputat Siyavuş Novruzov parlamentdə büdcə zərfinin müzakirəsində səsləndirib.
O qeyd edib ki, banklar manatla vətəndaşa 28-30 faizlə kredit verir: “Bunlara ciddi nəzarət olmalıdır ki, yaratdığı problemləri özləri həll etsin”.
Bundan əlavə deputat siyasi partiyalara ayrılan vəsaitin artırılmasını təklif edib: “Seçki ilində siyasi partiyaların xərcləri də çox olur. Ona görə də siyasi partiyalara ayrılan vəsait bir neçə dəfə artırılsın”.
Bəzi ölkələrdə səfriliklərin bağlanmasına gəlincə isə o vurğulayıb ki, səfirliklər harda lazım deyilsə orada bağlansın: “Məsələn, Baltikyanı ölkələrdə 3 səfir var. Amma Avstraliyada bir səfirimiz var idi. Onu da bağladılar”.
Onun sözlərinə görə, ölkəmizdə çoxlu sayda böyük obyektlər tikilib: “Belə obyektlər idman, səhiyyə, təhsil, mədəniyət sahəsində də var. Bunların işlədilməsi yanaşı onların saxlanlması üçün büdcədən vəsait ayırırıq. Onların işlənmə mexanizmnini elə edək ki mərkəzi büdcədən ora vəsait ayrılmasın”.