Musa Yaqub yatağa düşdü

Sosial

Son günlərdə özümü yaxşı hiss etmirəm.

Bu sözləri tanınmış şair Musa Yaqub səhhətində yaranan problem haqda danışarkən deyib. O, xəstələndiyini, ev şəraitində müalicə aldığını bildirib:

“Havaların soyuması mənə pis təsir etdi, yenidən xəstələnmişəm. Bir müddət əvvəl sağalmışdım, indi yenə ağrıyıram. Ancaq istirahət edirəm ki, sağala bilim, hazırda ev şəraitində müalicə alıram”.