Azərbaycanda yenə zəlzələ oldu

Sosial

Bu gün Gəncədən 53 kilometr cənub-qərbdə, Samux rayonu ərazisində 3,5 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 17:54:27-də qeydə alınıb.

Ocağı 11 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.