Yeni yaradılan dövlət qurumunun əməkdaşlarının maaşı belə olacaq - SİYAHI
- 20-11-2017, 13:22
- 1 844
Sənədi Baş nazirinin birinci müavini Yaqub Eyyubov imzalayıb. Qərarla, Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddi 15 vahid müəyyən edilib.
Mənəvi Dəyərlərin Təbliği Fondunda İcraçı direktor 1150 manat, icraçı direktorun müavini 895 manat, şöbə müdiri, baş mühasib 590 manat, baş məsləhətçi 410 manat, aparıcı məsləhətçi 390 manat, məsləhətçi 380 manat, kargüzarlıq və arxiv işinin aparılması üzrə mütəxəssis 200 manat, Sürücü 220 manat, Xadimə isə 155 manat maaş alacaq.