Nazirlikdən açıqlama: 3 gün ərzində hava necə olacaq?
- 17-11-2017, 11:26
- 1 330
Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, noyabr ayının 17 və 18-də gündüz saatlarında ölkənin bəzi yerlərində yağış yağacağı gözlənilir: "Noyabrın 18-də gündüzdən etibarən ayın 19-20-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir, şərq küləyi əsəcək. Temperatur rejimində mühüm bir dəyişiklik gözlənilmir".