Bakıda güclü zəlzələ ola bilərmi? (AÇIQLAMA)

Sosial

"Bakıda zəlzələ olmasından söhbət gedə bilməz”.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu barədə deyib.

O nun sözlərinə görə, rayonlarda baş verən zəlzələdə xəsarət alan olmayıb. Qurban Yetirmişli bildiriib ki, gecədən səhərə qədər yata bilməyib.

"Gecəni yatmayan adamam. Zəlzələ o qədər katostrofik olmayıb ki, xəsərət olan olsun. Zəlzələnin yenidən qayıtması gözlənilmir”.

Qeyd edək ki, Azərbaycanın aran rayonları, Gəncə, Lənkəran və digər zonalarında zəlzələ təqribən 4,5 bal civarında hiss edilib.