Azərbaycanda güclü zəlzələ olub

Sosial

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ölkədə baş verən zəlzələ barəsində rəsmi məlumat yayıb.

Xidmətdən bildirilib ki, zəlzələ yerli vaxtla saat 23:48-də Ağdam ərazisində qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub.

Yeraltı təkanlar yerin 25 km dərinliyində 5.7 maqnituda olub.

00:09

Azərbaycanın Qərb və Şimal-qərb zonalarında güclü zəlzələ baş verib.

Sakinlərin verdikləri məlumata görə, yeraltı təkanlar saat 23:45-də Mingəçevir, Bərdə, Ağdam, Şəmkir, Göygöl, Zərdab rayonlarında hiss olunub.

Bəzi rayonlarda elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

İlkin ehtimala görə, zəlzələnin gücü 5,1 bal olub.