Bahar Muradova: “33 rayon və şəhərin özünü maliyyələşdirməsi ən böyük nailiyyətdir”
- 13-11-2017, 22:16
- 48 011
xalqxeber.az xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı parlamentin vitse-spikeri, Insan hüquqları komitəsinin sədri Bahar Muradova deyib.
O bildirib ki, Bakı-Tbilisi-Qars layihəsinin istismara verilməsinin ölkəmiz üçün böyük əhəmiyyəti var.
“Həmçinin bu layihəni ölkəmizin beynəlxalq aləmdə siyasi mövqeyinin möhkəmlənməsi kimi qiymətləndirirəm. Büdcə zərfində gəlirlərin və xərclərinin 2017-ci illə müqayisədə artırılması da çox mühüm məqamlardandır. Bunu xüsusilə vurğulamaq istərdim”.