Nüsrət Əyyubova Prezidentin fərdi təqaüdü verildi

Sosial

Prezident İlham Əliyev Nüsrət Əyyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

xalqxeber.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə Nüsrət Rauf oğlu Əyyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.