Qaralar kəndi ermənilərin hədəfində: - Dinc sakinlər atəşə tutulur
- 6-11-2017, 13:41
- 60 514
Kəndin icra nümayəndəsi Ramiz Süleymanov AzVision.az-a bildirib ki, ziyan dəyən evin təmiri ilə bağlı Tovuz Rayon İcra Hakimiyyətinə müraciət edilib.
İcra nümayəndəsi, həmçinin düşmənin tez-tez Qaralar kəndini hədəfə aldığını deyib. Onun sözlərinə görə, dəfələrlə kənd atəşə məruz qalıb, evlərə ziyan dəyib.
“Azərbaycan ordusunun qüdrətinə inanırıq. Ordumuz həmişə düşmənin layiqincə cavabını verir və onları sumağa məcbur edir”, - kənd icra nümayəndəsi deyib.