Azərbaycanda dövlət qurumunun saytı bağlandı

Sosial

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin internet resursunun fəaliyyəti müvəqqəti dayandırılıb

Buna səbəb elektron informasiya resursunun təhlükəsizlik tələblərinə cavab verməməsi göstərilir.

Azərbaycanın informasiya təhlükəsizliyi bazarındakı mənbə bildirib ki, bu, dövlət qurumuna məxsus saytın fəaliyyətinin rəsmi şəkildə dayandırıldığı ilk haldır.