Səhiyyə Nazirliyindən "Qoca"nın yaralanan adamları ilə bağlı AÇIQLAMA
- 2-11-2017, 12:04
- 57 416
Səhiyyə Nazirliyindən "Ölkə.Az"a verilən məlumata görə, 1988-ci il təvəllüdlü Anar Əsgərov sol qolun bazu nahiyyəsindən güllə yarası alıb və qolu sınıb.
Bildirilib ki, xəstəyə bütün zəruri tədbirlər edilir. 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmarın isə yarası ağır olmadığından hüquq-mühafizə orqanlarına təhvil verilib.
Qeyd edək ki, gecə saatlarında Qaradağ rayonunda atışma baş verib. Keçirilən xüsusi əməliyyat zamanı Etibar Məmmədov və bir qrup şəxs hüquq-mühafizə orqanının əməkdaşlarına silahlı müqavimət göstərib. Nəticədə E. Məmmədov aldığı güllə yarasından ölüb.