“8-ci kilometr” bazarında yerhaqqı özbaşınalığı - bundan sonra yerhaqqı olaraq...
- 1-11-2017, 12:56
- 57 686
Ticarətçilərin sözlərinə görə, bu məbləğ əvvəlki ödənişdən 4 manat artıqdır. Belə ki, bu 14 manat qarşılığında bazarda xırda ticarətlə məşğul olmaq istəyən hər bir şəxsə 1 metr 30 santimetr uzunluğunda olan piştaxtaların qoyulmasına icazə verilib. Halbuki, əvvəllər piştaxtaların həcmi ilə bağlı heç bir qadağa yox idi. Digər tərəfdən əgər satıcılar yağışdan və gündən qorunmaq üçün piştaxtanın üstünü örtmək istəyirsən, bu zaman 17 manat ödəməli olacaqlar. Rəhbərliyin yeni tələbi ticarətçilər arasında narazılıq yaradıb. Satıcıların sözlərinə görə, əraziyə nəzarət edənlər hər 6 aydanbir bu cür özbaşınalıqlara yol verirlər. Məqsəd isə yerhaqqını artırmaqdır:
“Əvvəllərdə burada alver edirdik, qiyməti artırmaq üçün piştaxtalarımızı sökdülər. Bizi çörəksiz qoydular. İndi isə həmən yerləri bizə baha qiymətə yenidən təklif edirlər”.
Qeyd edək ki, ərazidə təxminən 800 piştaxtanın quraşdırılması nəzərdə tutulub ki, onlardan 200-ü artıq quraşdırılıb. Deyilənlərdən belə aydın olur ki, ərazidə xırda ticarətlə məşğul olan hər bir kəs ayda 510 manat rusum ödəməli olacaq.
Yenicag.az