Mehman Hüseynova məhkəmə quruldu - Rəisin şikayəti ilə
- 10-02-2017, 12:39
- 2 469
Hakim Ceyhun Qədimovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovun vəkili Elçin Sadıqov məhkəmədən vaxt istəyib. O, polis rəisinin şikayəti ilə tanış olmağını bildirib.
Məhkəmə vəsatəti təmin edib.
Növbəti iclas fevralın 17-nə təyin edilib.
Xatırladaq ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, blogerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.