Cabbarovçuların təhsildən '1 milyon yarım' yeyinti biznesi - FOTOLAR
- 26-10-2017, 14:10
- 112 588
Şəkillərdə gördüyünüz bu divan kreslo dəstləri… ..Məktəblərdə onları görün hansı məqsədlə istifadə edirlər… .
Son 3 ildə Mikayıl Cabbarov və onun kamandasının məktəblərə kütləvi sırıdığı ( elə məktəb var bir dəfəyə 10-15 dəst verilib. Məktəbdə bunları qoymağa yer var ,ya yoxdur bu müzakirə olunmur) .Bazar qiyməti 250 manatdan çox olmayan bu dəstin faktura qiyməti 1750 manat göstərilir. Bir dəstdən 1500 manat xalis gəlir götürən cabbarovçular bir ildə təkcə bu divan-kreslo dəstindən ildə orta hesabla 1 500 000 ( 1 milyon yarım ) manat xalis gəlir əldə edirlər. Bu cinayətkar qruplaşma guya şəffav işlədiklərini elan eləsələr də ,əslində dövlət əmlakını talayırlar. Həmin divan -kreslo dəstlərinin əksəriyyəti məktəblərdə əlavə yer tutduğu üçün anbarlarda yığılıb.