Bakıda çörəyin içindən taxta çıxdı – FOTO

Sosial

Bakıda müştəri aldığı çörəyin içindən taxta qırıntısı aşkarlayıb.

Bu hadisə ilə Nigar Əliyeva adlı şəxs qarşılaşıb.

Evdə çörəyi kəsən zaman içərisində qaraltı görən Nigar Əliyeva diqqətlə baxdıqdan sonra onun taxta qırıntısı olduğunu müəyyən edib. N.Əliyevanın sözlərinə görə, hər gün bu çörəkdən istifadə edirlər, ancaq indiyədək belə bir mənzərə ilə qarşılaşmayıblar.