Bakıda uşaq xəstəxanasını tarakanlar basıb - FOTOLAR

Sosial

Əbülfəz Qarayev adına 2 saylı uşaq xəstəxanasını tarakanlar basıb.

Bu barədə sözügedən xəstəxananın infeksion şöbəsində övladı ilə bərabər yatan xəstə bildirib. Onun sözlərinə görə, bununla bağlı heç bir tədbir görülmür:
“Xəstəxana bərbad gündədir. Antisanitariya baş alıb gedir. Palatanı tarakanlar basıb, xadimə deyir hər ehtimala qarşı uşağın qulağına pambıq, başına da papaq qoyun. Deyirlər, çoxalmaması üçün işığı söndürməyin. Ayaqyolunun qapısının hər iki tərəfdən dəstəyi yoxdur. Heç küçələrimizdə belə ayaqyolu yoxdur. Jalüzlər, çarpayıların döşəkləri pis gündədir. Çarpayıların purjunları çıxıb, adama batır”.