3 il ərzində müdirini çapıb-talayıb... - Qaradağda OLAY
- 20-10-2017, 12:47
- 111 413
Daxiliİşlər Nazirliyindən verilən məlumatda deyilir ki, polis əməkdaşlarında oğurluğun mağazada işləyən satıcı tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından, sonuncu saxlanılaraq Polis Bölməsinə gətirilib.
Araşdırmalarla onun Mingəçevir şəhər sakini Adil Müzəffərov olduğu məlum olub. Satıcı təqribən 3 il ərzində həmin mağazadan dəmir və misdən hazırlanmış məişət əşyalarını oğurlayıb sataraq pulunu mənimsədiyini etiraf edib.
Faktla əlaqədar Qaradağ Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb.