Bakıda ikinci sinif şagirdi əməliyyat zamanı öldü
- 18-10-2017, 17:02
- 59 097
Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Şölə Sübhan qızı Kərimova böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Uşaq əməliyyat masasında dünyasını dəyişib.
Yaxınları iddia edib ki, narkoz çox verildiyi üçün uşaq ölüb.
Qeyd edək ki, 2-ci sinifdə oxuyan Ş.Kərimova bir ildən artıqdır böyrək xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırmalara başlanılıb.