Artur Rasizadə yeni mərkəzin yaradılması haqda qərar verdi
- 18-10-2017, 12:30
- 60 592
xalqxeber.az xəbər verir ki, qərara görə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin Qobustan rayonunda istismarına icazə verilmiş binası, binaya aid bütün infrastruktur qurğu və avadanlıqlar Sosial Adaptasiya Mərkəzinin balansına, onun yerləşdiyi torpaq sahəsi isə istifadəsinə verilib.
Sosial Adaptasiya Mərkəzinin saxlanılması üçün tələb olunan xərclər dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində nazirlik üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçiriləcək.